Çərşənbə günü Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana səfəri başa çatıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Rumıniya Prezidentini Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər yola salıblar.