...

Mixail Saakaşvili Avropa Xalq Partiyasının qurultayında məruzə ilə çıxış edib

Siyasət Materials 16 Sentyabr 2010 19:54 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Avropa Xalq Partiyasının qurultayında məruzə ilə çıxış edib. O, öz çıxışında əsas diqqəti Gürcüstan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərinə ayırıb.
Mixail Saakaşvili Avropa Xalq Partiyasının qurultayında məruzə ilə çıxış edib

Gürcüstan, Tbilisi, 16 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Avropa Xalq Partiyasının qurultayında məruzə ilə çıxış edib. O, öz çıxışında əsas diqqəti Gürcüstan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərinə ayırıb. Bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat verib.

Bu gün, həmçinin, Saakaşvilinin Avropa Parlamenti Xarici işlər komissiyasının sədri ilə görüşü planlaşdırılıb.

Sentyabrın 15-də Prezident Mixail Saakaşvili Avropa Xalq Partiyasının qurultayında iştirak etmək üçün Brüsselə gəlib.

Saakaşvili Avropa Parlamenti, Avropa Komissiyası, Avropa Şurasının prezidenti, Aİ-nin üzv ölkələri və digər Avropa ölkələrinin rəhbərlərinin dəvət olunduğu Avropa dövlətləri liderlərinin toplantısında iştirak edib.

Sammitə Avropa Xalq Partiyasının prezidenti Vilfred Martens rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti