...

Postsovet məkanında KİV-lər peşəkar şəkildə əməkdaşlıq etməlidirlər – Aleksey Venediktov

Siyasət Materials 21 Sentyabr 2010 19:03 (UTC +04:00)
Postsovet məkanında KİV-lər arasında əməkdaşlıq peşəkar olmalı, fikir və məlumat mübadiləsi aparılmalıdır.
Postsovet məkanında KİV-lər peşəkar şəkildə əməkdaşlıq etməlidirlər – Aleksey Venediktov

Rusiya, Moskva, 21 sentyabr /Trend, müxbir А.Qasımova/

Postsovet məkanında KİV-lər arasında əməkdaşlıq peşəkar olmalı, fikir və məlumat mübadiləsi aparılmalıdır. "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov belə hesab edir.

"Hazırda KİV üçün ümumi nə isə yaratmağa ehtiyac yoxdur. Ümumi nə isə yaratmaq heç kimə nəsib olmayıb, ona görə də həmişə fikir mübadiləsi aparmaq lazımdır", - bu gün Moskvada mətbuat konfransında Venediktov deyib.

"Jurnalistika o qədər çox çeşidlidir ki, onu bir peşədə birləşdirmək olmaz", - o deyib.

Xəbər lenti

Xəbər lenti