...

NATO-nun Baş katibi sentyabrın 30-da Tbilisiyə gələcək

Siyasət Materials 27 Sentyabr 2010 13:36 (UTC +04:00)
NATO-nun Baş katibi Tbilisiyə sentyabrın 30-da gələcək.
NATO-nun Baş katibi sentyabrın 30-da Tbilisiyə gələcək

Gürcüstan, Tbilisi, 27 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

NATO Baş katibi Anders foq Rasmussen sentyabrın 30-da Tbilisiyə gələcək. Bu barədə bazar ertəsi keçirilən ənənəvi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib.

Onun sözlərinə görə, Rasmussen səfər zamanı Prezident Mixeil Saakaşvili, Baş nazir Nika Gilauri, Parlamentin sədri David Bakradze və XİN başçısı Qriqol Vaşadze ilə görüşlər keçirəcək.

O, həmçinin, Gürcüstanda NATO-nun rabitə ofisinin açılış mərasimində də iştirak edəcək.

Kalandadze bildirib ki, NATO Baş katibi Tbilisiyə səfər zamanı qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti