...

Azərbaycan və Özbəkistan hökumətlərarası sənədlər imzalayıblar

Siyasət Materials 27 Sentyabr 2010 18:13 (UTC +04:00)
Bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində hökumətlərarası sənədlər imzalanıb.
Azərbaycan və Özbəkistan hökumətlərarası sənədlər imzalayıblar

Özbəkistan, Daşkənd, 27 sentyabr /Trend, müxbir D.Əzizov/

Bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində hökumətlərarası sənədlər imzalanıb.

"Biz bütün fəaliyyət istiqamətləri üzrə əməkdaşlığımızı inkişaf etdirmək əzmindəyik", - bazar ertəsi Daşkənddə keçirilən brifinqdə Prezident İlham Əliyev deyib.

Özbəkistan Prezidenti İslam Kərimovun sözlərinə görə, danışıqlar zamanı tərəflər bir daha ən geniş istiqamət spektri üzrə əməkdaşlıq səylərini təsdiq ediblər.

Azərbaycan və Özbəkistan prezidentləri bir sıra məsələlər üzrə münasibətlərin inkişafını nəzərdə tutan Birgə Bəyannamə imzalayıblar.

"2011-2015-ci illər üzrə Özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş"i Özbəkistanın Baş nazirinin birinci müavini, Özbəkistanın maliyyə naziri Rüstəm Azimov və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıblar.

"Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi arasında 2010-2012-ci illər üçün əməkdaşlıq Proqramı"nı və "18 iyun 1997-ci ildə imzalanmış "Özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının vizasız gəliş-gedişi haqqında Saziş"ə dəyişikliklər və əlavələr edilməsi haqqında Protokol"u Özbəkistanın xarici işlər naziri Vladimir Norov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzalayıblar.  

"Özbəkistan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi arasında 2010-2012-ci illərdə qarşılıqlı fəaliyyət haqqında Protokol"u Özbəkistanın daxili işlər naziri Baxodır Matlyubov və Azərbaycanın daxili işlər naziri Ramil Usubov imzalayıblar.

"Özbəkistan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğu arasında əməkdaşlıq və hüquqi yardım haqqında Saziş"i Özbəkistanın baş prokuroru Raşitjan Kodirov və Azərbaycanın baş prokuroru Zakir Qaralov imzalayıblar.

"Özbəkistan Respublikası Uçuşların Təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Müfəttişliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası arasında aviasiya personalı şəhadətnamələrinin qarşılıqlı tanınması haqqında Saziş"i Özbəkistan Respublikası Uçuşların təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Müfəttişliyinin rəisi Tolib Eqamberdiyev və "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov imzalayıblar.

"Özbəkistan Milli Teleradio Şirkəti və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş"i Özbəkistan Milli Teleradio Şirkətinin sədri Alişer Xocayev və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanov imzalayıblar, həmçinin "Özbəkistan Rəssamlıq Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında Müqavilə"ni Özbəkistan Rəssamlıq Akademiyasınn sədri Tursunali Kuziyev və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzalayıblar.

Xəbər lenti

Xəbər lenti