...

Azərbaycanın hakim partiyasının namizədlər siyahısındakı dəyişiklikləri normaldır - deputat Gülər Əhmədova

Siyasət Materials 28 Sentyabr 2010 14:25 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının seçki dairəmin dəyişdirilməsi ilə bağlı qərarına normal yanaşıram.
Azərbaycanın hakim partiyasının namizədlər siyahısındakı dəyişiklikləri normaldır - deputat Gülər Əhmədova

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir T.Hacıyev/

Yeni Azərbaycan Partiyasının seçki dairəmin dəyişdirilməsi ilə bağlı qərarına normal yanaşıram, - bunu çərşənbə axşamı Trend-ə hakim partiyanın vahid siyahısından deputatlığa namizədliyi verilən Gülər Əhmədova bildirib.

"Əgər partiya situasiyaya uyğun olaraq qərarı dəyişirsə, partiya üzvü də həmin qərara normal yanaşmalıdır", - deputat Əhmədova deyib.

YAP-ın vahid namizədlər siyahısında 15 saylı Yasamal I Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Əhmədova namizədliyini geri götürüb. O, sənədlərini 34 saylı Xətai II Seçki Dairəsinə təqdim edərək, YAP-ın bu dairədən vahid namizədi olub.

Əhmədovanın sözlərinə görə, təəssüf ki, Azərbaycanda bəzi siyasətçilər partiya anlayışını düzgün qiymətləndirə bilmirlər.

"Hesab edirəm, Azərbaycanda yeganə və normal partiya YAP-dır ki, o, bütün bu məsələləri düzgün qurur. Digər partiyalar o qədər qəribə hərəkətlər edirlər ki, YAP-ın düzgün hərəkətləri onlara qəribə görünür", - Əhmədova deyib.

Azərbaycanda Parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti