...

"Plagiat" termini Azərbaycanın "Müəlliflik hüququ haqqında" qanunundan çıxarılıb

Siyasət Materials 30 Sentyabr 2010 19:03 (UTC +04:00)
Cümə axşamı Milli Məclisin iclasında "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanuna əlavə və dəyişikliklər təsdiq edilib.
"Plagiat" termini Azərbaycanın "Müəlliflik hüququ haqqında" qanunundan çıxarılıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/

Cümə axşamı Milli Məclisin iclasında "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanuna əlavə və dəyişikliklər təsdiq edilib.

Qanundan "plagiat" termini çıxarılıb. Bəzi deputatlar bu dəyişikliyin edilməsinə qarşı çıxıblar, lakin deputat Valeh Əsgərov qeyd edib ki, qanuna yeni dəyişikliyin edilməsi müəllif hüquqlarını daha çox qoruyur.

Cümə axşamı parlament "Ölkəyə gediş-gəliş və pasportlar haqqında" qanuna dəyişiklikləri də təsdiq edib. Dəyişikliyə əsasən, xidməti pasportlara malik şəxslər üçün qanunvericilik bazası yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları da bu siyahıya daxil ediliblər.

Bundan başqa, "Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsi", "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" saziş, "Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyannaməsi", "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında" Konvensiya və "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" saziş təsdiq olunub.

Bundan əlavə müzakirələr nəticəsində "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında", "Gömrük sahəsində əməkdaşlıq sazişi haqqında" sazişlər təsdiq edilib, eləcə də "Auditor xidməti haqqında" və "Notariat haqqında" qanunlara dəyişikliklər edilib.

Xəbər lenti

Xəbər lenti