...

Gürcüstan mütləq NATO-nun üzvü olacaq – Baş katib

Siyasət Materials 1 Oktyabr 2010 15:21 (UTC +04:00)
Gürcüstan mütləq NATO-nun üzvü olacaq və alyans bu işdə ona kömək edəcək. Bu barədə NATO-nun Baş katibi Anders Foq Rasmussen bu gün Gürcüstan Parlamentinin sədri David Bakradze ilə görüşündə bildirib.
Gürcüstan mütləq NATO-nun üzvü olacaq – Baş katib

Gürcüstan, Tbilisi, 1 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan mütləq NATO-nun üzvü olacaq və alyans bu işdə ona kömək edəcək. Bu barədə NATO-nun Baş katibi Anders Foq Rasmussen bu gün Gürcüstan Parlamentinin sədri David Bakradze ilə görüşündə bildirib.

Onun sözlərinə görə, NATO-nun Buxarest sammitinin bu qərarı şübhə doğurmur. "Bizim qərarımız birmənalıdır və o, yerinə yetiriləcək", - Rasmussen deyib.

Alyansın Baş katibi Gürcüstan-NATO komissiyası çərçivəsində həyata keçirilən işlərin effektiv olacağına ümid edir. "Bu komissiya çərçivəsində Gürcüstana NATO standartlarına çatmaqda kömək edəcəyik", - o deyib.

Rasmussen NATO-nun Gürcüstanın ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib və 2008-ci ilin avqustunda imzalanan atəşkəs haqqında sazişə sözsüz əməl olunmasını və işğal edilmiş gürcü ərazilərinin azad olunmasını tələb edib.

Xəbər lenti

Xəbər lenti