...

Brüsseldə Azərbaycan ilə Aİ arasında Assosiativ saziş üzrə danışıqlar aparılacaq

Siyasət Materials 1 Oktyabr 2010 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Oktyabrın 4-5-də Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında Assosiativ saziş üzrə növbəti plenar iclas keçiriləcək. Bu barədə Azərbaycan XİN mətbuat mərkəzindən verilən məlumatda deyilir.

İclas zamanı Assosiativ saziş üzrə danışıqlar aparılacaq və müvafiq layihələr müzakirə olunacaq.

Həmçinin, oktyabrın 6-7-də Brüsseldə Avropa qonşuluq siyasəti üzrə mütəxəssislərin iclası keçiriləcək ki, onun da məqsədi Avropa İttifaqı və Avropa qonşuluq siyasəti ölkələri arasında mövcud əməkdaşlıq, növbəti 20 il ərzində perspektiv və prioritet əlaqələrin müzakirəsinə baxılmaqdır.

Mövcud tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti