...

Gürcüstanlı və azərbaycanlı polislər təcrübə mübadiləsi ediblər

Siyasət Materials 5 Oktyabr 2010 12:23 (UTC +04:00)
Azərbaycan DİN nümayəndə heyəti Gürcüstan DİN-in Polis Akademiyasına səfər edib.
Gürcüstanlı və azərbaycanlı polislər təcrübə mübadiləsi ediblər

Gürcüstan, Tbilisi, 5 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan DİN nümayəndə heyəti Gürcüstan DİN-in Polis Akademiyasına baş çəkib.

Akademiyadan Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Azərbaycan Daxili İşlər Nazirliyinin departamentləri və bölmələrinin nümayəndələri daxil olublar.

"Səfər tanışlıq xarakteri daşıyır və tərəflər arasında təcrübə mübadiləsini nəzərdə tutur", - akademiyadan bildirilib.

Müəssisənin direktoru Xati Dekanoidze ilə görüşdən sonra azərbaycanlı polislər akademiyanın binası ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti