...

Azərbaycan Özbəkistanın mühüm strateji tərəfdaşıdır – səfir

Siyasət Materials 7 Oktyabr 2010 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Özbəkistanın əsas strateji tərəfdaşlarından biridir. Bu barədə Özbəkistanın müstəqilliyinin 19 illiyinə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri İsmətulla İrqaşov bildirib.

"Azərbaycan və özbək xalqları arasında dostluq və qardaşlıq münasibətləri mövcuddur, biz xalqlarımızın rifahı naminə əlaqələrimizi genişləndirmək fikrindəyik", - səfir bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana son səfəri zamanı Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq üzrə sənədlərin imzalanmasını xüsusi qeyd edib.

Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov deyib ki, Azərbaycan hökuməti və dövləti bundan sonra da Özbəkistanla əməkdaşlığı genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, iki dövlət arasında mövcud olan dostluq münasibətləri və böyük potensial əməkdaşlığın genişləndirilməsinə kömək edir.

Xəbər lenti

Xəbər lenti