...

Azərbaycanda "Elektrotexniki lüğət" nəşr edilib

Siyasət Materials 7 Oktyabr 2010 11:01 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri tərəfindən "Elektrotexniki lüğət" nəşr edilib.
Azərbaycanda "Elektrotexniki lüğət" nəşr edilib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri tərəfindən "Elektrotexniki lüğət" nəşr edilib.

Lüğətdə beş dildə 6 400-ə qədər geniş istifadə olunan elektrotexniki termin toplanıb. Lüğət aparıcı ingilis dili olan əsas lüğətdən, rus, alman, fransız və Azərbaycan dili ardıcıllığı ilə yerləşmiş terminlərin əsas lüğət bölmələrindən ibarətdir.

Lüğət elektrotexnika, avtomatika, radiotexnika sahələrində işləyən mütəxəssislər, tərcümə ilə məşğul olanlar, müəllim və tələbələr üçün nəzərdə tutulub.

Kitabın müəllifi Rəna Kazımzadədir.

Xəbər lenti

Xəbər lenti