...

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırıldı

Siyasət Materials 13 Oktyabr 2010 20:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılsın:

- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Naxçıvan bölməsinin Aparatı, Elmi İnnovasiyalar Mərkəzi;
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;
- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik
Akademiyası;
- Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc);
- "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi;
- Azərbaycanda Atatürk Mərkəzi;
- Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları,
rayon (şəhər) dövlət arxivləri;
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin
Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi Qrupu;
- Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar
Dövlət Komissiyasının İşçi Qrupu;
- Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
Dövlət Film Fondu və onun Naxçıvan filialı;
- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondu;
- Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;
- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət
təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının orta hesabla 10 faiz artırılmasını təmin etmək; bu sərəncamda nəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etmək; qüvvədə olan normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılmasını təmin etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Sərəncam 2010-cu il oktyabrın 1-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti