...

TÜRKPA Dünya Türk Forumunda iştirak edəcək

Siyasət Materials 18 Oktyabr 2010 11:57 (UTC +04:00)
TÜRKPA-nın nümayəndə heyəti Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAN) təşkil etdiyi Dünya Türk Forumunda iştirak edəcək. Bu barədə TÜRKPA-nın mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumatda deyilir.
TÜRKPA Dünya Türk Forumunda iştirak edəcək

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir M.Əliyev/

TÜRKPA-nın nümayəndə heyəti Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAN) təşkil etdiyi Dünya Türk Forumunda iştirak edəcək. Bu barədə TÜRKPA-nın mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumatda deyilir.

20-23 oktyabrda keçiriləcək forumda 60 ölkədən Türk diasporlarının, beynəlxalq təşkilatların nümayəndələri və millət vəkilləri iştirak edəcəklər.

Forumun açılış mərasimində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın, Türk Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi səfir Halil Akıncının, Türkiyə Prezidenti Administrasiyasının baş katibi Mustafa İsenin iştirakı və çıxışları nəzərdə tutulur. TÜRKPA-nın baş katibi Ramil Həsənov da forumun açılışında çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti