...

Tovuz haqqında film və kitabın təqdimatı olub (FOTO)

Siyasət Materials 18 Oktyabr 2010 15:20 (UTC +04:00)
Tovuzun keçmişi, tarixi və mədəni əlaqələrini özündə əks etdirən film və kitabın təqdimatı olub.
Tovuz haqqında film və kitabın təqdimatı olub (FOTO)

Azərbaycan, Gəncə, 18 oktyabr /Trend, müxbir V.Məmmədov/

Tovuzun keçmişi, tarixi və mədəni əlaqələrini özündə əks etdirən film və kitabın təqdimatı olub.

Tovuzda millət vəkili Qənirə Paşayevanın iştirakı ilə Tovuzun keçmişi, tarixi və mədəni əlaqələrini özündə əks etdirən filmin, kitabın və rayona bəhs edilən musiqi kompozisiyasının təqdimatı keçirilib.

Musiqi kompozisiyasının sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi isə Tünzalə Ağayevaya məxsusdur. Tədbiri giriş sözü ilə açan Tovuzda fəaliyyət göstərən "Türkel" TV-nin direktoru Təranə Abbasova bildirib ki, Tovuz haqqında çəkilən film və klip televiziyanın ilk işidir. Onun sözlərinə görə, "Türkel" TV bu ilin yayından fəaliyyət göstərir. Əvvəllər başqa adla fəaliyyət göstərən telekanal artıq yeni formatda çalışır.

Paşayeva bildirib ki, rayona həsr edilən musiqi kompozisiyası tanışlıq məqsədi daşıyır. Təxminən 7 dəqiqəlik videoda musiqi ilə paralel Tovuzun tarixi abidələri və mədəni irsi barədə görüntülər yer alıb.

Bu gün Tovuza həsr edilən filmin də təqdimatı olub. Təxminən 30 dəqiqə olan sənədli filmdə Tovuzun Azərbaycanın digər bölgələri kimi zəngin tarixə və mədəni keçmişə malik olduğu barədə məlumat verilir.

Tədbirdə həmçinin Tovuzun toponimiyası ilə bağlı professor Zirəddin Xasıyevin yazdığı "Tovuzun toponim dünyası" adlı kitabın da təqdimatı olub. Kitabın ön sözünün müəllifi millət vəkili Qənirə Paşayevadır.

Xəbər lenti

Xəbər lenti