...

Azərbaycanın Parlament seçkilərində ilk dəfə səs verəcək 2 000-ə yaxın gənc üçün məlumat xarakterli seminarlar keçirilib

Siyasət Materials 25 Oktyabr 2010 11:38 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi Azərbaycanın Parlament seçkilərində ilk dəfə səs verəcək 2 000-ə yaxın gənc üçün məlumat xarakterli seminarlar keçirib.
Azərbaycanın Parlament seçkilərində ilk dəfə səs verəcək 2 000-ə yaxın gənc üçün məlumat xarakterli seminarlar keçirilib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir M.Əliyev/

Gənclər və İdman Nazirliyi Azərbaycanın Parlament seçkilərində ilk dəfə səs verəcək 2 000-ə yaxın gənc üçün məlumat xarakterli seminarlar keçirib. Bu barədə Gənclər və İdman Nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Sentyabrın 27-dən başlayaraq 60-a yaxın rayon və şəhərdə təşkil olunan seminarlar bu günədək Şamaxı, Qaradağ, Xətai, Kürdəmir, Şəmkir, Göyçay, Ağdaş, Ağsu, Xızı, Ağstafa, Naftalan və Ağdam rayonlarında keçirilib. Seminarlarda nazirliyin məsul əməkdaşları, dairə seçki komissiyalarının, məntəqə seçki komissiyalarının nümayəndələri, ictimai fəal gənclər və ziyalılar iştirak ediblər.

Seminarlar zamanı ilk dəfə səs verən gənclərə Milli Məclisə seçkilərin tarixi, Heydər Əliyev, Azərbaycan Parlamenti, Milli Məclisə seçkilərin keçirilməsinin qanunvericilik əsasları, seçki günü olacaq səsvermə prosesi haqqında məlumat verilib və gəncləri maraqlandıran suallara cavab verilib.
Seminarların sonunda Gənclər və İdman Nazirliyinin nəşr etdiyi "Milli Məclis - Qanunverici orqan" yaddaş kitabçası gənclərə paylanılıb. Bundan başqa, polis şöbələri əməkdaşlarının iştirakı ilə bir qrup gəncə şəxsiyyət vəsiqələri təqdim edilib.

Azərbaycanda Parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti