...

Yunanıstanın nazir müavini Azərbaycana səfər edəcək

Siyasət Materials 29 Oktyabr 2010 12:55 (UTC +04:00)
Bakıda ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Danışıqlar Yunanıstan xarici işlər nazirinin müavini Spiros Kubelisin noyabrın 28-29-da Azərbaycana səfəri çərçivəsində aparılacaq. Bu barədə cümə günü Trend-ə Yunanıstanın Bakıdakı Səfirliyindən məlumat verilib.
Yunanıstanın nazir müavini Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir S.Ağayeva/

Bakıda ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Danışıqlar Yunanıstan xarici işlər nazirinin müavini Spiros Kubelisin noyabrın 28-29-da Azərbaycana səfəri çərçivəsində aparılacaq. Bu barədə cümə günü Trend-ə Yunanıstanın Bakıdakı Səfirliyindən məlumat verilib.

Kubelis, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri kimi, komissiyanın üçüncü iclasında iştirak etmək üçün Bakıya gələcək Yunanıstanın biznes nümayəndə heyətinə rəhbərlik edəcək.

Yunanıstanın xarici işlər nazirinin müavini Bakıda ölkənin rəsmi şəxsləri, o cümlədən, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşlər aparacaq. Bu barədə Səfirlikdən məlumat verilib.

Komissiyanın işi çərçivəsində Bakıda, həmçinin, IV Azərbaycan-Yunanıstan biznes-forumu keçiriləcək.

Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycan və Yunanıstan arasında mal mübadiləsinin həcmi 2010-cu ilin yanvar-avqust aylarında 104,1 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti