...

Azərbaycan səfiri etimadnaməsini Argentina prezidentinə təqdim edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Noyabr 2010 12:23 (UTC +04:00)
Azərbaycanın Argentinadakı səfiri öz səlahiyyətlərinin icrasına başlayıb. Məmməd Əhmədzadə etimadnaməsini Argentina prezidenti xanım Kristina Fernandesə təqdim edib. Bu barədə Cənubi Amerika dövləti rəhbərinin rəsmi saytında bildirilir.
Azərbaycan səfiri etimadnaməsini Argentina prezidentinə təqdim edib (ƏLAVƏ OLUNUB)

Red.əlavəsi: birinci abzasdan sonra Azərbaycan XİN mətbuat mərkəzinin məlumatı əlavə olunub

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Argentinadakı səfiri öz səlahiyyətlərinin icrasına başlayıb. Məmməd Əhmədzadə etimadnaməsini Argentina prezidenti xanım Kristina Fernandesə təqdim edib. Bu barədə Cənubi Amerika dövləti rəhbərinin rəsmi saytında bildirilir.

Argentinada Azərbaycanın diplomatik missiyasının fəaliyyətə başlaması ikitərəfli münasibətlər, eləcə də Azərbaycan haqqında həqiqətlərin Argentinada və ümumilikdə, Cənubi Amerikada təbliği baxımından çox mühümdür. Bunu Argentina prezidenti ilə görüşdə səfir Məmməd Əhmədzadə bildirib. Bu barədə XİN mətbuat mərkəzinin məlumatında deyilir.

Prezident Fernandes Azərbaycanın Cənubi Amerikada ilk dəfə məhz Argentinada diplomatik nümayəndəliyinin açılmasından razılığını və səfirliyin yaradılmasının ikitərəfli əlaqələrin inkişafına xüsusi töhfə verəcəyindən əminliyini ifadə edib.

Azərbaycanın Argentinada səfirliyi bu il açılıb.

Azərbaycan Prezidenti İlham Əliyev may ayında Məmməd Əhmədzadənin Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə AzərTac dövlət agentliyi məlumat yayıb.

Dövlət başçısı digər sərəncamla Məmməd Bahəddin oğlu Əhmədzadəyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verib.

Xəbər lenti

Xəbər lenti