...

Azərbaycan və İran prezidentlərinin təkbətək görüşü olub

Siyasət Materials 17 Noyabr 2010 12:41 (UTC +04:00)
Çərşənbə günü rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın təkbətək görüşü olub.
Azərbaycan və İran prezidentlərinin təkbətək görüşü olub

Çərşənbə günü rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın təkbətək görüşü olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etydiyi vurğulanıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunularaq İran Prezidentinin Azərbaycana rəsmi səfərinin də ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyi bildirilib.

Prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini vurğulayıblar.

Görüşdə ikitərəfli və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti