...

Pakistan XİN İranın xarici işlər nazirinin İslamabada səfəri barədə məlumatı təkzib edir

Siyasət Materials 24 Noyabr 2010 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir T.Konyayeva/

İranın xarici işlər naziri Mənuçöhr Müttəkinin narkotiklərin qanunsuz dövriyyəsi üzrə iclasda iştirak etmək üçün Pakistana səfəri planlaşdırılmayıb. Bu barədə Pakistan XİN-in nümayəndəsi Abdul Basit məlumat verib.

Basitin sözlərinə görə, Pakistana Əfqanıstan, İran və Pakistanın DİN rəhbərlərinin 20 noyabra təyin olunmuş illik iclasında iştirak etmək üçün İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar gəlib.

Ötən həftə Press TV kanalının rəsmi saytında İranın xarici işlər nazirinin Pakistana səfərinin planlaşdırıldığı barədə məlumat verilmişdi. Telekanalın məlumatına görə, daxili işlər nazirinin müavini Mehdi Məhəmmədifərd bildirib ki, XİN rəhbərini səfər zamanı İranın daxili işlər naziri Nəccar müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti