...

Azərbaycanın Bolqarıstandakı səfiri etimadnaməsini bu ölkənin Prezidentnə təqdim edib

Siyasət Materials 29 Noyabr 2010 17:40 (UTC +04:00)
Bolqarıstanın Azərbaycandakı səfirliyinin bazar ertəsi yaydığı məlumata görə, protokol qaydasına əsasən, Bolqarıstanın himni səslənib və fəxri qarovul dəstəsinin önündan keçən səfir Kərimov etimadnaməsini Prezidentə təqdim edib.
Azərbaycanın Bolqarıstandakı səfiri etimadnaməsini bu ölkənin Prezidentnə təqdim edib

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Emil Kərimov etimadnaməsini bu ölkənin Prezidenti Georgi Pırvanova təqdim edib.

Bolqarıstanın Azərbaycandakı səfirliyinin bazar ertəsi yaydığı məlumata görə, protokol qaydasına əsasən, Bolqarıstanın himni səslənib və fəxri qarovul dəstəsinin önündan keçən səfir Kərimov etimadnaməsini Prezidentə təqdim edib.

Mərasimdən sonra Prezident və səfir arasında ikitərəfli görüş keçirilib.

Görüş zamanı Bolqarıstan Prezidenti ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnun qaldığını bildirib və dost ölkə olan Azərbaycan ilə müxtəlif sahələrdə, xüsusilə də enerji sahəsində əlaqələrin gündən-günə inkişafını yüksək qiymətləndirib.

Prezident Pırvanov hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Səfir Kərimov Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əsaslı zəminin olduğunu vurğulayıb və bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.

Protokol qaydalarına uygun olaraq, səfir "Naməlum Əsgər"in məzarını ziyarət edib və ölkəmiz adından məzar önünə gül dəstəsi qoyub.

Xəbər lenti

Xəbər lenti