...

ATƏT-in Astanada keçiriləcək sammitinin büdcəsi 11 milyon avro təşkil edir

Siyasət Materials 29 Noyabr 2010 19:44 (UTC +04:00)

Qazaxıstan, Astana, 29 noyabr /Trend, müxbir A.Maratov/

ATƏT-in dekabrın 1-2-də Astanada keçiriləcək sammitinin büdcəsi 11 milyon avro təşkil edir. Bu barədə bazar ertəsi Astanadakı brifinqdə ATƏT-in sammitinə hazırlıq üzrə icraçı katib Serjan Abdıkərimov deyib.

"Sammitin büdcəsi 11 milyon avro təşkil edir. Onun dörddə bir hissəsi ATƏT-in üzv ölkələrinin payına düşür", - Abdıkərimov bildirib.

Bunula yanaşı, o xatırladıb ki, sammitin keçirilməsi üzrə xərcləri ATƏT-in üzv ölkələri, qalan hissəni isə qəbul edən ölkə öz üzərinə götürür.

"Sammitin keçirilməsi üçün xərclərin payı ATƏT-in üzv ölkələrinin ödədikləri üzvlük haqlarının həcminə uyğun hesablanır", - o qeyd edib.

Abdıkərimovun sözlərinə görə, dekabrın 1-2-də Astanada keçiriləcək sammitin qonaqlarının və iştirakçılarının ümumi sayı beş mindən çoxdur.

"Bu günə 2,5 mindən çox nümayəndə, 1200 KİV nümayəndəsi, müxtəlif QHT-lərin 600 nümayəndəsi qeydiyyatdan keçib", - o vurğulayıb.

Onun sözlərinə görə, 28 dövlət başçısı, 10 hökumət başçısı, 7 Baş nazir müavini və 14 nazir öz iştiraklarını təsdiqləyiblər.

Xəbər lenti

Xəbər lenti