...

İsrail İranın Livana nəzarət etmək cəhdlərindən narahatdır – XİN

Siyasət Materials 1 Dekabr 2010 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir T.Konyayeva/

İsrail İranın "Hizbullah" vasitəsilə Beyrutun siyasətinə və Livandakı vəziyyətə nəzarət etmək cəhdlərindən narahatdır. Bu barədə Trendə İsrail XİN-in rəsmi nümayəndəsi Endi Devid telefonla bildirib.

Çərşənbə axşamı Livanın Baş naziri Saad əl-Həririnin İrana üçgünlük səfəri başa çatıb və o, səfəri zamanı ölkənin ali dini lideri ayətullah Əli Xamneyi ilə görüşüb.

Bu ilin oktyabrında İran Prezidenti Mahmud Əhmədinejad Livana ikigünlük səfər edib. Səfər çərçivəsində iki ölkə arasında 17 saziş imzalanıb.

Livana ikigünlük rəsmi səfəri zamanı İran rəhbəri "Hizbullah"ın baş katibi Həsən Nəsrullah ilə görüşüb. Görüş zamanı İran Prezidentinin Livana səfərinin yekunları müzakirə olunub.

Əhmədinejad Livan Prezidenti Mişel Süleymanın dəvəti ilə baş tutan ikigünlük səfəri zamanı ölkənin ali rəhbərliyi, siyasi liderləri, universitetlərin akademik və tələbələri ilə görüşüb, Beyrutda və Livanın cənubunda Livan xalqı qarşısında çıxış edib.

İran rəhbəri Livanın Bint Cəbil şəhərindəki mitinqdə iştirak edib. Bu şəhər Livanın cənubunda İsraillə sərhəddə "Hizbillah"ın əsas bazası hesab olunur. İran Livanın hərbiləşdirilmiş şiə qruplaşması olan "Hizbullah" təşkilatına dəstək verir. Bu qruplaşmanın bəzi üzvləri Livanın hazırkı Baş nazirinin atası olan Rafiq əl-Həririnin qətlində şübhəli bilinirlər.

ABŞ və İsrail Əhmədinejadın dövlət səfərini təxribat adlandırıblar. Buna oxşar fikirlər Livanda da səslənib.

Xəbər lenti

Xəbər lenti