...

Sosial hüquqlar üzrə Avropa Komitəsi 2010-cu il üçün Azərbaycan üzrə nəticələri açıqlayıb

Siyasət Materials 14 Dekabr 2010 17:48 (UTC +04:00)
Avropa Şurasının (AŞ) Sosial hüquqlar üzrə Avropa Komitəsi çərşənbə axşamı yenidən baxılmış Avropa Sosial Xartiyasını imzalayan ölkələr üzrə 2010-cu il üçün nəticələri dərc edib.
Sosial hüquqlar üzrə Avropa Komitəsi 2010-cu il üçün Azərbaycan üzrə nəticələri açıqlayıb

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir Y.Ostapenko/

Avropa Şurasının (AŞ) Sosial hüquqlar üzrə Avropa Komitəsi çərşənbə axşamı yenidən baxılmış Avropa Sosial Xartiyasını imzalayan ölkələr üzrə 2010-cu il üçün nəticələri dərc edib. Bu barədə Avropa Şurasının mətbuat xidmətinin məlumatında deyilir.

Komitə bu il Azərbaycanla yanaşı, Albaniya, Andorra, Ermənistan, Belçika, Bolqarıstan, Kipr, Estoniya, Fransa, Gürcüstan, İtaliya, Litva, Malta, Moldova, Niderland, Norveç, Portuqaliya, Rumıniya, Sloveniya, İsveç, Türkiyə və Ukraynaya təqdim edilən yenidən baxılmış Xartiyanın tətbiqi haqqında məruzələri nəzərdən keçirib. Finlandiya və İrlandiya məruzələri müəyyən edilmiş müddətdə təqdim etməyiblər.

Təqdim edilən nəticələrdə yenidən baxılmış Xartiyanın müddəalarında nəzərdə tutulan əmək hüququ sahəsində vəziyyətin qiymətləndirilməsi var. Söhbət ədalətli əmək şəraitinə, ədalətli mükafatlandırma, peşə ittifaqlarına daxilolma və kollektiv danışıqların aparılması hüquqlarından gedir.

Avropa Sosial Xartiyası sosial və iqtisadi insan hüquqlarına zəmanət verən Avropa Şurasının müqaviləsidir. Xartiya 1961-ci ildə qəbul edilib və ona 1996-cı ildə yenidən baxılıb. Xartiya Avropa Şurasının bütün xalqlarına gündəlik həyatın bütün sahələrində, o cümlədən mənzil hüququ, sağlamlıq, təhsil, əmək və sosial müdafiənin, vətəndaşların şəxsi səfərləri və onların ayrı-seçkiliyinin müdafiəsi hüququ kimi eyni hüquqlar verir. Sosial hüquqlar üzrə Avropa Komitəsi iştirakçı dövlətlərin Xartiyaya əməl etmələrinə nəzarət üzrə məsuliyyət daşıyır.

Azərbaycan Avropada demokratiya və insan hüquqları sahəsində ən böyük Avropa təşkilatı olan Avropa Sosial Xartiyasına 2001-cü ildə qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürüb.

Gələn il Sosial hüquqlar üzrə Avropa Komitəsi Xartiya tərəfindən elan edilən uşaqlara, ailələrə və miqrantlara aid olan hüquqlara baxacaq. 2011-ci ildə Avropa Sosial Xartiyası 50 illik yubileyini qeyd edəcək.

Xəbər lenti

Xəbər lenti