...

Klassik Xalq Cəbhəsi "Xalq Məclisi" ideyasını dəstəkləyir

Siyasət Materials 14 Dekabr 2010 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir T.Hacıyev/

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) "Xalq Məclisi"nin yaradılması ideyasını dəstəkləyir. KXCP-nin İdarə Heyəti bazar ertəsi keçirilən iclasında qarşıda duran vəzifələrin müzakirəsi zamanı KXCP-nin müxalifətin inteqrasiyasını reallaşdırmaq istiqamətində səylərin birləşdirilməsi qərarına uyğun olaraq, noyabrın 7-də keçirilmiş parlament seçkilərinə etiraz edənlərin birgə mübarizəsini təmin edəcək "Xalq Məclisi"nin yaradılması layihəsini hazırkı duruma adekvat hesab edib.

KXCP-nin Demokratiya Uğrunda İttifaqdakı fəaliyyətinin davam etdirilməsini məqsədəuyğun hesab edən İdarə Heyəti DUİ-nin fəaliyyətinin gücləndirilməsini tövsiyə edib.

İdarə Heyəti dekabrın 25-də KXCP Ali Məclisinin növbəti sessiyasının çağırılması haqqında qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti