...

Avropanın şərqində katolik kilsələrini dağıdaraq öz kilsələrini tikən ermənilərin katolik missionerliyi rolunda çıxışı regionda dini zəmində qarşıdurma yaradır - azərbaycanlı politoloq

Siyasət Materials 15 Dekabr 2010 14:02 (UTC +04:00)
Osmanlı dövründə Avropanın şərqində katolik kilsələrini dağıdıb, yerində öz kilsələrini tikən ermənilərin bu gün katolik missionerliyi rolunda çıxış etməsi yalnız regionda dini zəmində qarşıdurma yaratmağa yönəlib.
Avropanın şərqində katolik kilsələrini dağıdaraq öz kilsələrini tikən ermənilərin katolik missionerliyi rolunda çıxışı regionda dini zəmində qarşıdurma yaradır - azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir T.Hacıyev/

Osmanlı dövründə Avropanın şərqində katolik kilsələrini dağıdıb, yerində öz kilsələrini tikən ermənilərin bu gün katolik missionerliyi rolunda çıxış etməsi yalnız regionda dini zəmində qarşıdurma yaratmağa yönəlib. Bunu çərşənbə günü Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Erməni Apostol Kilsəsi Ermənistan rəhbərliyinin birbaşa başçılığı ilə prezident Serj Sarkisyanın ABŞ-da səfərdə olarkən dediyi "Ermənistan Şərqdə xristianlığın son qalasıdır" məşhur tezisini həyata keçirməklə məşğuldurlar", - Əhmədoğlu bildirib.

Politoloqun fikrincə, Erməni Apostol Kilsəsi (EAK) Gürcüstan ərazisindəki kilsələrin böyük əksəriyyətinin katolik-erməni mənşəli kilsələr olduğunu iddia etməklə, Vatikanın regional nümayəndəsi Klaudio Qucerottinin aktiv iştirakı ilə gürcü pravoslavlığına hücum edir.

"Rəsmi Yerevan və EAK Türkiyə və İranın Ermənistana bitişik ərazilərini də  avropalılara tarixi xristian ərazisi kimi təqdim ediblər", - Əhmədoğlu əlavə edib.

Onun sözlərinə görə, İranla bağlı iki məqam da diqqət cəlb edir.

"İran Naxçıvanda xaçkarların guya "dağıdılması"nın video-lentə alınmasında ermənilərə kömək edib. Həm də rəsmi Tehranın son dövrlərdə Vatikanla əlaqələri də intensivdir. Avropalılar ermənilərin bu uydurmalarını ciddi qəbul etmiş və əvəzində DQ məsələsinin BMT-də müzakirəsi zamanı neytral qalacaqlarını Ermənistana vəd etmişlər", - Əhmədoğlu bildirib.

Politoloqun fikrincə, avropalılar üçün "Ermənistanın unikal coğrafi mövqeyi" fikrinin izahı da çox şeyi deyir. Heç bir kommunikativ məna daşımayan Ermənistanın coğrafi mövqeyi yalnız müsəlman dövlətlərinin əhatəsində olması ilə avropalılar üçün qiymətlidir.

"Ermənistanın belə siyasəti və avropalıların ona dəstək verməsi ilk növbədə Ermənistan üçün həyati təhlükəli olmaqla yanaşı, İslam-Xristian qarşıdurmasına ciddi rəvac verə biləcək amildir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vaxtı uzatmaq məqsədi ilə Rusiyaya müxtəlif vədlər verməklə onu aldatmaqda ustalaşmış Ermənistan, görünür, Rusiya istiqamətində resursunun tükənməsini nəzərə alaraq, avropalıları aldatmaqla münaqişə ilə bağlı dinc danışıqları yubatmaq üçün əlavə resurs əldə etmək istəyir", - politoloq bildirib.

Əhmədoğlu deyib ki, Avropanın xristian tədqiqatçıları Osmanlı imperiyası dövründə ermənilərin Avropadakı fəaliyyətlərini tədqiq etsələr, daha çox şeyə rast gələrlər.

Xəbər lenti

Xəbər lenti