...

Azərbaycanın hakim partiyasının Qadınlar Şurası hicab məsələsi ilə bağlı mövqeyini açıqlayıb

Siyasət Materials 15 Dekabr 2010 13:20 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının Qadınlar Şurası hicab məsələsi ilə bağlı mövqeyini açıqlayıb.
Azərbaycanın hakim partiyasının Qadınlar Şurası hicab məsələsi ilə bağlı mövqeyini açıqlayıb

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim partiyasının Qadınlar Şurası hicab məsələsi ilə bağlı mövqeyini açıqlayıb.

"Başımızı örtmək Allah yoludur, lakin yetkinlik yaşına çatmamış bir çox qızlar bunun əhəmiyyətini dərk etmədən başlarını bağlayırlar", - Trend-in məlumatına görə, çərşənbə günü Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının qadınları ilə görüşdə YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib.

Ötən cümə günü Təhsil Nazirliyinin binası qarşısında ölkənin təhsil müəssisələrində hicaba qadağa qoyulması ilə əlaqədar icazəsiz etiraz aksiyası keçirilib.

Cümə günü aksiyanın 16 iştirakçısı polis bölməsinə aparılıb, onlardan beşi xəbərdarlıq edildikdən sonra evə buraxılıb, saxlanılan 11 nəfərin işi isə Nərimanov rayon məhkəməsinə göndərilib.

Azərbaycanın təhsil naziri xarici və daxili qüvvələri Azərbaycandakı təhsil müəssisələrində hicabla bağlı vəziyyəti gərginləşdirməkdə günahlandırıb.

Əliyeva hesab edir ki, Azərbaycan qadını başını örtmüş qızlarla mübarizə yox, iş aparmalıdır.

Xəbər lenti

Xəbər lenti