...

Gürcü tərəfi Cenevrə danışıqlarının nəticələrindən narazıdır

Siyasət Materials 17 Dekabr 2010 12:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcü tərəfi Qafqazda gərginliyin azaldılması üzrə Cenevrə danışıqlarının 16-cı mərhələsinin nəticələrindən narazıdır. Gürcüstan xarici işlər nazirinin müavini, gürcü nümayəndə heyətinin üzvü Serqi Kapanadze jurnalistlərə bildirib ki, Rusiya tərəfi 2008-ci il 12 avqust atəşkəs sazişinin mövcudluğunu "şübhə altına qoyub".

"Biz bu sənəd çərçivəsində atəşin bərpa olunmaması məsələsini müzakirə etməyə hazır idik, lakin Rusiya tərəfi bu sənədin mövcudluğunu şübhə altına aldı ki, bu da Moskvanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetriməkdən imtina etməsi deməkdir. Bu, yolverilməzdir və beynəlxalq birlik bununla barışmamalıdır", - Kapanadze bildirib.

Gürcüstanın mövqeyinə baxmayaraq, danışıqlar prosesinin həmsədrləri 16-cı mərhələnin nəticələrindən razı qalıblar və 2010-cu ildə danışıqlar prosesində müsbət dinamikanın olduğunu qeyd ediblər.

Danışıqlarda gürcü tərəfinə Milli Təhlükəısizlik Şurasının katibi Georgi Bakeriya başçılıq edib.

Cenevrə danışıqları 2008-ci ilin avqustunda Gürcüstanda silahlı münaqişədən sonra 12 avqust tarixli atəşkəs sazişinə uyğun təşkil edilib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya Respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və iki tanınmamış respublikanı işğal olunmuş ərazilər elan edib.

Xəbər lenti

Xəbər lenti