Fotoşəkil əlavə olunub
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül çərşənbə günü İstanbulda görüşüblər. Məlumatı "Anadolu" informasiya agentliyi yayıb.
Görüş bağlı qapılar arxasında keçib.
Görüşdə ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışıldı. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) cümə axşamı keçiriləcək dövlət və hökumət başçılarının görüşündə iştirak etmək üçün İstanbula gəlib.
Foto - www.azertag.com