...

Azərbaycanda müxalifət partiyalarının yaratdığı İctimai Palatanın ilk sessiyasının tarixi müəyyənləşib

Siyasət Materials 6 Yanvar 2011 17:20 (UTC +04:00)
Azərbaycanda müxalifət partiyalarının yaratdığı İctimai Palatanın ilk sessiyası yanvarın 29-da keçiriləcək.

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda müxalifət partiyalarının yaratdığı İctimai Palatanın ilk sessiyası yanvarın 29-da keçiriləcək. Trend-in məlumatına görə, bu barədə qərar İctimai Palatanın Koordinasiya Şurasının cümə axşamı keçirilən iclasında qəbul olunub.

İclasda qərara alınıb ki, ayda bir dəfədən az olmayaraq İctimai Palatanın sessiyaları çağırılsın. Sessiyalar hər ayın sonuncu şənbə günü keçiriləcək. Koordinasiya Şurasının toplantıları isə həftədə bir dəfədən az olmayaraq, hər həftənin cümə günü keçiriləcək.

Həmçinin iclasda İctimai Palatanın strukturu, qurumun və Koordinasiya Şurasının iş prosedurlarının müəyyənləşməsi, 2011-ci ilə dair fəaliyyət istiqamətləri, yanvar ayı üçün iş planı, yeni üzvlərin qəbulu və cari məsələlər müzakirə edilib.

Dekabrın 28-də Azərbaycanın müxalif Müsavat, AXCP, KXCP və digər partiyaları, parlament seçkilərində iştirak etmiş namizədlər və QHT nümayəndələri İctimai Palatanı təsis ediblər. İctimai Palatanın yaradılmasında məqsəd Azərbaycan cəmiyyətinin və dövlətinin mövcudluq və inkişaf strategiyası sahəsində tədqiqatlar aparmaq, layihələr (o cümlədən qanun layihələri), proqramlar, konsepsiyalar, doktrinalar hazırlamaq və ictimai müzakirələrə çıxarmaq, münasibət bildirilməsi zəruri olan məsələləri müzakirə etmək, dinləmələr keçirmək, hakimiyyət orqanlarına və digər şəxslərə sorğular vermək, göstərilən istiqamətlərdə Azərbaycan cəmiyyətinin siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün mütərəqqi nümayəndələrinin səylərini əlaqələndirmək və təşkilatlandırmaq üçün demokratiya uğrunda vətəndaş hərəkatının təminidir.

Xəbər lenti

Xəbər lenti