...

Qəbələ RLS-də rusiyalı zabitin ölümü ilə bağlı cinayət törədən şəxslər müəyyən olunmayıb - hərbi prokurorun müavini

Siyasət Materials 10 Yanvar 2011 17:58 (UTC +04:00)
Bu barədə Trend-ə məlumat verən Azərbaycan hərbi prokurorunun müavini Şəfahət İmranov bildirib ki, cinayətin açılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qəbələ RLS-də rusiyalı zabitin ölümü ilə bağlı cinayət törədən şəxslər müəyyən olunmayıb - hərbi prokurorun müavini

Azərbaycan, Bakı 10 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Qəbələ Radiolokasiya Stansiyasında (RLS) xidmət edən rusiyalı zabitin ölümü ilə bağlı cinayət törədən şəxslər müəyyən olunmayıb.

Bu barədə Trend-ə məlumat verən Azərbaycan hərbi prokurorunun müavini Şəfahət İmranov bildirib ki, cinayətin açılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İmranov cinayətin təfərrüatları, cinayət işinin hansı maddə ilə açılması barədə məlumat verməyib.

Dekabrın 31-də gecə Qəbələ RLS-də xidmət edən, Rusiya zabiti Sergey Mixayloviç Qraçov qətlə yetirilib.

Məlumata görə, qətli törədən şəxs yatdığı yerdə Qraçovun başını kəsib.

Azərbaycan Hərbi Prokurorluğunun əməkdaşları da hadisə yerində olublar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti