...

Gürcüstanın xarici işlər naziri Bakıya gəlir

Siyasət Materials 17 Yanvar 2011 12:46 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze 2011-ci ildə ilk rəsmi səfərini Azərbaycana edəcək. Gürcüstanın xarici işlər naziri yanvarın 18-də Bakıya gələcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan XİN-dən məlumat verilib.
Gürcüstanın xarici işlər naziri Bakıya gəlir

Gürcüstan, Tbilisi, 17 yanvar /Trend, müxbir N. Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze 2011-ci ildə ilk rəsmi səfərini Azərbaycana edəcək. Gürcüstanın xarici işlər naziri yanvarın 18-də Bakıya gələcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan XİN-dən məlumat verilib.

Vaşadze yanvarın 17-də Bakıya gələcək. Bundan əvvəl Gürcüstan XİN-dən məlumat verilmişdi.

Gürcü nazir azərbaycanlı həmkarı Elmar Məmədyarovla görüşəcək. Vaşadzenin Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşü planlaşdırılır.

Tərəflərin iqtisadi və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir. Onların arasında Gürcüstan-Azərbaycan sərhədinin bölüşdürülməsi məsələsi də var.

Gürcüstanın Azərbaycanın yeddi rayonu - Qazax, Ağstafa, Tovuz, Samux, Qax, Balakən və Zaqatala ilə sərhədinin uzunluğu 480 kilometrdir. Tərəflər bu günə qədər dövlət sərhədi xətlərinin 65 faizi barədə razılığa gəliblər.

Gürcü-Azərbaycan sərhədinin bölüşdürülməsi və demarkasiyası məsələsinin həll olunmaması Cənubi Qafqazın diqqətəlayıq yerlərindən biri - David Qareci monastr kompleksinin taleyinə toxunur. David Qareci mağara monastrı kompleksi Tbilisidən 60 km cənub şərqdə yerləşir. Əsas monastr Gürcüstan və Azərbaycanı ayıran dağların şimal yamacında yerləşən müqəddəs David lavrasıdır.

Ötən ilin iyulunda Bakıda Azərbaycan və Gürcüstanın xarici işlər nazirlərinin müavinləri, Azərbaycan -Gürcüstan dövlət sərhədinin bölüşdürülməsi və demarkasiyası üzrə Dövlət Komissiyasının rəhbərləri Xələf Xələfov və David Calaqininin məsləhətləşmələri aparılıb. Məsləhətləşmələrin yekunlarına əsasən, Azərbaycan xarici işlər nazirliyi "sərhəd xətlərini keçmə barədə razılığın irəli sürülməsi" və Dövlət Komissiyasının birgə iclasının keçirilməsi barədə razılaşma haqqında məlumat verib.

Xəbər lenti

Xəbər lenti