...

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub

Siyasət Materials 18 Yanvar 2011 11:42 (UTC +04:00)
Tərtər rayon polis şöbəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə polis polkovniki Nəriman İmanov rayonun polis rəisi təyin edilib. Yeni rəis bir neçə gündür səlahiyyətlərinin icrasına başlayıb.
Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Tərtər rayonuna yeni polis rəisi təyin olunub.

Tərtər rayon polis şöbəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, daxili işlər naziri Ramil Usubovun əmri ilə polis polkovniki Nəriman İmanov rayonun polis rəisi təyin edilib. Yeni rəis bir neçə gündür səlahiyyətlərinin icrasına başlayıb.

İmanovun bundan öncə Nəqliyyatda Baş Polis İdarəsində idarə rəisi işlədiyi bildirilib.

Rayonun əvvəlki polis rəisi Nofəl Məhərrəmov isə Bakının Nizami rayon Polis İdarəsinə rəis təyin olunub.

Xəbər lenti

Xəbər lenti