...

Litva Seymi sədrinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 20 Yanvar 2011 13:05 (UTC +04:00)
Litva Seyminin spikeri İrena Dyaqutene fevralın 8-11-nə Bakıya planlaşdırılan rəsmi səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, parlament sədri Oqtay Əsədov və Baş nazir Artur Rasizadə ilə görüşlər keçirəcək.
Litva Seymi sədrinin Azərbaycana səfər proqramı açıqlanıb

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

Litva Seyminin spikeri xanım İrena Dyaqutene fevralın 8-11-nə Bakıya planlaşdırılan rəsmi səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, parlament sədri Oqtay Əsədov və Baş nazir Artur Rasizadə ilə görüşlər keçirəcək. Məlumatı "Baltic News" yayıb.

"Dyaqutene Azərbaycan nazirləri, siyasətçiləri və digər vəzifəli şəxslərlə görüşəcək", - Litva parlamentinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Spiker ümid edir ki, bu səfər Azərbaycanda Litva biznesi üçün yaxşı şəraitin yaradılmasına töhfə verəcək.

"Litva və Azərbaycanın yüksəkvəzifəli siyasətçilərinin görüşləri təkcə ikitərəfli siyasi münasibətləri möhkəmləndirmək üçün deyil, eləcə də Litva biznesinin qapılarını açmaq üçün səy göstərməyə gözəl imkandır. Biz Azərbaycan rəhbərlərini Litvada müxtəlif sahələrdə, xüsusilə də energetika sektorunda həyat keçirilən layihələrlə maraqlandırmağa çalışacağımıza ümid edirik", - press-relizdə Dyaqutenedən sitat gətirilir.

Seymin sədrini Litva iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti