...

Azərbaycan Avropa Şurasına üzvlüyü dövründə önəmli irəliləyiş və nailiyyətlər əldə edib

Siyasət Materials 24 Yanvar 2011 15:06 (UTC +04:00)
Azərbaycan Avropa Şurasına üzvlüyü dövründə önəmli irəliləyiş və nailiyyətlər əldə edib.
Azərbaycan Avropa Şurasına üzvlüyü dövründə önəmli irəliləyiş və nailiyyətlər əldə edib

Fransa, Strasburq, 24 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycan Avropa Şurasına üzvlüyü dövründə önəmli irəliləyiş və nailiyyətlər əldə edib.

Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bazar ertəsi öz işinə başlayan qış plenar sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında qurumun sədri Mövlud Çavuşoğlu deyib.

"Mən də öz növbəmdə Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 illiyini salamlayıram. Bu 10 il ərzində, şübhə yoxdur ki, AŞ, AŞPA Azərbaycanda demokratiyanın, təşkilatın təməl prinsiplərinin təşviqi və möhkəmlənməsinə böyük töhfə verib. Bu illər ərzində Azərbaycan demokratiya sahəsində önəmli irəliləyiş və nailiyyətlər əldə edib. Bu sahədə vəziyyəti daha da yaxşılaşdırmaq imkanları var. Ümid edirəm ki, gələcəkdə də irəliləyişlər əldə ediləcək. Biz tərəfdaş kimi işləyirik və daha da yaxşı nəticələr əldə edəcəyimizə şübhə etmirik", - Çavuşoölu deyib.

Azərbaycan Avropa Şurasına 2001-ci ildə üzv olub.

AŞPA sədri Azərbaycandakı parlament seçkilərində də irəliləyişlərin olduğunu bildirib.

"Bu fikirləri seçkilərə dair də deyə bilərəm. Seçkilərdə də irəliləyişlər əldə olunub. Deyə bilərik ki, meyarlarımıza tam şəkildə əməl olunub. Bu fikirlər seçkiyə dair hazırlanan tarazlaşdırılmış hesabatda da öz əksini tapıb və bu hesabat yekdilliklə AŞPA Bürosunun bu gün səhər keçirilən iclasında qəbul edilib. Seçki sahəsində əlavə irəliləyişlərin olması arzuediləndir. Əminəm ki, növbəti seçkilər daha şəffaf keçiriləcək, demokratik prinsirlərə daha çox hörmət olunacaq. Hər bir seçki əvvəlkindən daha yaxşı keçirilir. Biz düzgün yoldayıq. Azərbaycan bu yolla davam etməli, islahatlar prosesini, o cümlədən seçki sferasında islahatları davam etdirməlidir", - AŞPA sədri bildirib.

Azərbaycanda parlament seçkiləri ötən il noyabrın 7-də keçirilib.

Xəbər lenti

Xəbər lenti