...

Azərbaycan Xəzərin statusu barədə İranla razılığa gələcəyinə ümid edir – XİN rəhbəri

Siyasət Materials 27 Yanvar 2011 14:12 (UTC +04:00)
Bakı Xəzərin statusu barədə Tehranla razılığa gələcəyinə ümid edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Russia Today" kanalının ərəb redaksiyasına verdiyi müsahibədə deyib.
Azərbaycan Xəzərin statusu barədə İranla razılığa gələcəyinə ümid edir – XİN rəhbəri

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Bakı Xəzərin statusu barədə Tehranla razılığa gələcəyinə ümid edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Russia Today" kanalının ərəb redaksiyasına verdiyi müsahibədə deyib.

Üç Xəzəryanı ölkə - Azərbaycan, Rusiya və Qazaxıstan dənizin statusunun müəyyən olunması məsələsində razılığa gəlməyə müvəffəq olub, Türkmənistanla mövqelərin yaxınlaşması var, nazir qeyd edib. Dörd xəzəryanı dövlət ilə razılığa gəlinibsə, beşinci ölkə ilə də bu, mümkündür, Məmmədayarov hesab edir.

2003-cü ilin noyabrında Xəzər dənizinin dəniz mühitinin qorunması barədə Çərçivə konvensiyası imzalanıb.

1998-ci ilin iyulunda Qazaxıstan və Rusiya arasında yeraltı istifadəyə müstəqil hüququn gerçəkləşməsi məqsədilə Xəzər dənizinin şimal hissəsi dibinin ayrılması barədə saziş, 2002-ci ilin mayında isə mövcud sazişə dair protokol imzalanıb.

29 noyabr 2001-ci il və 27 fevral 2003-cü ildə Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibinin ayrılması barədə saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin dibinin bitişik sahələrinin ayrılma xətlərinin qovuşma nöqtələri haqqında saziş imzalanıb.

Hazırda İran Xəzərin milli sektora bölünməsi mövqeyinin tərəfdarıdır.

Azərbaycanın xarici işlər naziri Xəzəryanı ölkələrin yaxın vaxtlarda dənizin statusu məsələsini həll etməyə müvəffəq olacaqlarına ümidini ifadə edib.

Xəbər lenti

Xəbər lenti