...

Misir prezidenti hökuməti istefaya göndərib

Siyasət Materials 29 Yanvar 2011 07:58 (UTC +04:00)
Misir prezidenti Hüsnü Mübarək ölkə hökumətini istefaya göndərib. Bunu Mübarək bu gecə televiziya vasitəsilə millətə müraciətində bildirib.
Misir prezidenti hökuməti istefaya göndərib

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Misir prezidenti Hüsnü Mübarək ölkə hökumətini istefaya göndərib. Bunu Mübarək bu gecə televiziya vasitəsilə millətə müraciətində bildirib.

"Bu gün hökumətdən istefaya getməsini tələb etdim. Sabah mən yeni hökumətini təyin edəcəyəm", - Misir prezidenti deyib.

Öz çıxışında Mübarək bildirib ki, xalqın azad iradə ifadəsini və nümayiş hüququnu dəstəkləyir. Lakin o qeyd edib ki, bir sıra halda "nümayişçilər qanun həddini aşıblar".

Çərşənbə axşamı Misirdə hökumət əleyhinə çıxışlar başlayıb. Etiraz aksiyalarının iştirakçıları ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması, siyasi azadlıqların genişlənməsi, həmçinin Mübarəkin istefasını tələb edirlər. Etirazlar kütləvi iğtişaşlar və nümayişçilər və hüquq-mühafizə orqanlarının əməkdaşlarının qarşıdurması ilə müşayiət olunub.

Cümə günü etiraz aksiyaları Qahirə və Misirin digər şəhərlərində davam edib. Iğtişaşlar zamanı 24 nəfər, o cümlədən Qahirədə beş nəfər, Süveyşdə 13 nəfər, İsgəndəriyyədə isə altı nəfər insan həlak olub. 1,1 mindən artıq insan xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti