...

Azərbaycan Mərkəzi Seçki Komissiyası seçici siyahılarını dəqiqləşdirməyə başlayıb - sədr

Siyasət Materials 2 Fevral 2011 16:44 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə MSK-nın çərşənbə günü keçirilən iclasında sədr Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, aşağı seçki komissiyaları siyahıları dəqiqləşdirərək MSK-ya təqdim edəcək, bu siyahılar araşdırılacaq və nəticədə seçici siyahısı yekun rəsmi sənəd kimi qəbul olunacaq. Bu proses may ayına qədər davam edəcək.
Azərbaycan Mərkəzi Seçki Komissiyası seçici siyahılarını dəqiqləşdirməyə başlayıb - sədr

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası seçici siyahılarını dəqiqləşdirməyə başlayıb.

Trend-in məlumatına görə, bu barədə MSK-nın çərşənbə günü keçirilən iclasında sədr Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, aşağı seçki komissiyaları siyahıları dəqiqləşdirərək MSK-ya təqdim edəcək, bu siyahılar araşdırılacaq və nəticədə seçici siyahısı yekun rəsmi sənəd kimi qəbul olunacaq. Bu proses may ayına qədər davam edəcək.

MSK ötən il parlament seçkilərindən öncə seçici siyahılarını dəqiqləşdirmişdi. 

İclasda çıxışı zamanı Pənahov onu da bildirib ki, MSK seçicilərin maarifləndirilməsi məqsədi ilə tədbirlər planı hazırlayacaq.

MSK-nın iclasında 2010-cu ilin noyabr ayının 2-dən 30-na kimi və dekabr ayının 3-də və 15-də keçirilən iclasların  protokolları, bəzi seçki dairələrinin tərkibində dəyişikliklərin edilməsi barədə qərarlar qəbul olunub. Bundan əlavə 70 saylı Masallı şəhər və 80 saylı İsmayıllı seçki dairələrinin tərkibinin dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti