Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir V.Javoronkova/
Yaxın vaxtlarda Azərbaycan və Türkmənistan arasında birbaşa aviareysin açılması planlaşdırılır.
Hava yolu xətti ya Bakı və Aşqabad, ya da Bakı və Türkmənbaşı arasında açıla bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov deyib.
İndi iki ölkə arasında hava xətti "Lüfthanza" aviaşirkəti tərəfindən həyata keçirilir.
Reysin açılması üzrə ilkin məsləhətləşmələr artıq iki ölkə hökumətləri arasında keçirilib. Yaxın vaxtlarda Azərbaycan və Türkmənistan aviaşirkətləri arasında bu məsələ ətraflı müzakirə ediləcək.