...

Sumqayıtda Xalq Cəbhəsi Partiyasının 20-yə yaxın gənc üzvü saxlanılıb

Siyasət Materials 16 Fevral 2011 18:17 (UTC +04:00)
Sumqayıtda Azərbaycan Xalq Cəbhəsi Partiyasının 20-yə yaxın üzvü saxlanılıb. Bu barədə çərşənbə günü Trend-ə AXCP-nin sədr müavini Nurəddin Məmmədli məlumat verib.
Sumqayıtda Xalq Cəbhəsi Partiyasının 20-yə yaxın gənc üzvü saxlanılıb

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir T.Hacıyev/

Sumqayıtda Azərbaycan Xalq Cəbhəsi Partiyasının 20-yə yaxın üzvü saxlanılıb. Bu barədə çərşənbə günü Trend-ə AXCP-nin sədr müavini Nurəddin Məmmədli məlumat verib.

Onun sözlərinə görə, məhkəmə prosesindən sonra 50-yə yaxın cəbhəçi gənc Azərbaycanın himnini oxumağa başlayıblar. Bu zaman polislər həmin gəncləri saxlayıb.

Məmmədli qeyd edib ki, saxlanılanlar arasında "Azadlıq" qəzetinin jurnalisti Seymur Həziyev də var.

Sumqayıt şəhər Apelyasiya Məhkəməsində çərşənbə günü AXCP-nin Gənclər Təşkilatının üzvü Cabbar Savalanın məhkəmə prosesi keçirilib.

Sumqayıt şəhər Polis İdarəsindən məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti