...

BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalar üzrə komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Siyasət Materials 2 Mart 2011 17:47 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalar üzrə komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir T.Konyaeva/

Yaxın vaxtlarda BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalar üzrə komitəsinin nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Trend-ə müsahibəsində komitə rəhbəri Salome Zurabişvili deyib.

Hazırda səfərin tarixi dəqiqləşdirlir.

BMT TŞ-nin beş daimi üzvü - Çin, Böyük Britaniya, Fransa, Rusiya, ABŞ və Almaniyanın daxil olduğu "altılıq" vasitəçiləri 2003-cü ildən BAEA ilə birlikdə İrandan nüvənin yayılmaması rejiminə təhlükə törədə biləcək uranın zənginləşdirilməsini dayandırmağı tələb edirlər.

BAEA-nın İdarəedicilər Şurası İranda uranın zənginləşdirilməsi üzrə ikinci zavodunun tikilməsini pisləyib və danışıqlar 2009-cu ildə dayandırılıb. Şura Tehranı "agentliyə bildirilməyən digər nüvə obyektlərinin tikintisi barədə qərarların qəbul edilməməsini" təsdiq etməyə çağırıb.

İndiyədək BMT Təhlükəsizlik Şurası tərəfindən İranın nüvə proqramının dayandırılması üçün altı qətmanə qəbul edilib. Onların dördü İrana qarşı iqtisadi və bəzi siyasi sanksiyaları nəzərdə tutur. Qətnamələrdən ikisi xəbərdarlıq xarakteri daşıyır.

BMT TŞ 2010-cu ilin iyununda İrana qarşı sanksiyaların sərtləşdirilməsinə yönəlmiş növbəti qətnamə qəbul edib. İranın uranın zənginləşdirilməsi proqramının dayandırılmasına yönələn tədbirlərin sərtləşdirilməsinə BMT TŞ-nin 15 üzvündən 12-si, o cümlədən veto hüququna malik dünyanın beş böyük ölkəsi (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya) səs verib. Türkiyə və Braziliya əleyhinə səs verib, Liviya isə bitərəf qalıb.

Xəbər lenti

Xəbər lenti