...

Azərbaycan Diplomatiya Akademiyasının məqsədi regional elm və təhsil ocağına çevirilməkdir – rektor Hafiz Paşayev (FOTO)

Siyasət Materials 4 Mart 2011 21:45 (UTC +04:00)
Xarici İşlər Naziriliyinin Diplomatik Akademiyasının 5 illik yubileyi münasibətilə cümə günü qurumun əməkdaşları, ölkə diplomatları bir ayara gələrək elm ocağının inkişaf yoluna nəzər salıblar. Bu barədə Trend-ə Diplomatik Akademiyasının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Diplomatiya Akademiyasının məqsədi regional elm və təhsil ocağına çevirilməkdir – rektor Hafiz Paşayev (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir M.Əliyev/

Xarici İşlər Naziriliyinin Diplomatik Akademiyasının 5 illik yubileyi münasibətilə cümə günü qurumun əməkdaşları, ölkə diplomatları bir ayara gələrək elm ocağının inkişaf yoluna nəzər salıblar. Bu barədə Trend-ə Diplomatik Akademiyasının mətbuat xidmətindən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan xarici işlər nazirinini müavini, Azərbaycan Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev bildirib ki, rəhbərlik etdiyi qurum son 5 ildə reallaşdırdığı təhsil proqramları ilə gənc diplomatların, dövlət qulluqçuların və ümumiyyətlə professional mütəxəssislərin yetişdirilməsində mühüm işlər görüb. Bu günə kimi Akademiyanın həyata keçirdiyi xarici siyasət, doktorantlara dəstək, magistratura proqramları, yay məktəbləri, ingilis dilinin təkminləşməsi və sayr proqramlarından yüzlərlə gənc mütəxəssis faydalanıb.

Paşayev qeyd edib ki, ADA-nın məqsədi regional elm və təhsil ocağına çevirilməkdir və bunun üçün tədris proqramlarının sayı, burada təhsil alan yerli və xarici tələbələrin sayı artmaqdadır. Azərbaycan Diplomatik Akademiyası bu il bakalavr proqramına da start verib. Mərasimə dəvət buyurmuş qonaqlara ADA haqqında sənədli film də nümayiş olundu.

Rektor Paşayev yubiley ərəfəsində Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovun dünyasını dəyişməsi səbəbindən tədbirinin bir hissəsini mərhum diplomata həsr etmək qərarına gəlidiklərini də vurğuladı.

Paşayev bu təşəbbüsün tələbələr tərəfindən irəli sürüldüyünü dedi. Xarici işlər nazirinin müavini Hafiz Paşayev Fuad İsmayılovun çox təcrübəli diplomat, vətənpərvər insan və gözəl ailə basçısı olduğunu qeyd etdi, və tədbirə dəvət buyurmuş səfirin ailə üzvlərinə baş sağlığı verib.

Daha sonra çıxış edən natiqlər, xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycanın AŞ PAdakı nümayəndə heyətinin basçısı Səməd Seyidov, sabiq dövlət müşaviri Vəfa Quluzadə İsmayılovun vəfatını ölkə diplomatiyası üçün böyük zərbə adlandırdılar. Natiqlər mərhum diplomatın Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Avstriya paytaxtında maraqlarının təmsil olunması istiqamətində gördüyü faydalı işlərdən danışdılar.

Tədbirdə həmçinin ADA-nın tələbələri tərəfindən səfir Fuad İsmayılova həsr olunan qısa filmə baxış keçirildi.

Xəbər lenti

Xəbər lenti