...

Azərbaycan və Dominika Birliyi arasında diplomatik əlaqələr qurulmuşdur

Siyasət Materials 5 Mart 2011 00:40 (UTC +04:00)
Cümə günü Azərbaycanın BMT yanında Daimi nümayəndəliyində qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə, Azərbaycan və Dominika Birliyi arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanmışdır.
Azərbaycan və Dominika Birliyi arasında diplomatik əlaqələr qurulmuşdur

Cümə günü Azərbaycanın BMT yanında Daimi nümayəndəliyində qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə, Azərbaycan və Dominika Birliyi arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanmışdır. Bu barədə Azərbaycanın BMT yanında Daimi nümayəndəliyi məlumat verib.

Kommünikeni Azərbaycanın BMT yanında Daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Aqşin Mehdiyev və Dominika Birliyinin BMT yanında Daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Vins Henderson imzalamışlar.

İmzalanma mərasimindən sonra tərəflər iki ölkə arasında əlaqələrin inkişafı perspektivləri, mümkün əməkdaşlıq sahələri və maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparmışlar.

Dominika Birliyi (Commonwealth of Dominica) - Karib dənizin Kiçik Antil adaları arxipelaqında yerləşən bir ölkədi.

Xəbər lenti

Xəbər lenti