...

Azərbaycanda kütləvi aksiyaların keçirilməsi üçün sosial sifariş yoxdur – ADP

Siyasət Materials 9 Mart 2011 13:20 (UTC +04:00)
Azərbaycanda kütləvi aksiyaların keçirilməsi üçün sosial sifariş yoxdur. Bunu çərşənbə günü Trend-ə müxalif Azərbaycan Demokrat Partiyasının sədr müavini Təliyət Əliyev bildirib.
Azərbaycanda kütləvi aksiyaların keçirilməsi üçün sosial sifariş yoxdur – ADP

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda kütləvi aksiyaların keçirilməsi üçün sosial sifariş yoxdur. Bunu çərşənbə günü Trend-ə müxalif Azərbaycan Demokrat Partiyasının sədr müavini Təliyət Əliyev bildirib.

"Əgər biz insanları aksiyalara çağırdıqda hər dəfə insanlar əvvəlki illərə nisbətən az gəlirsə, deməli sosial sifariş kifayət qədər deyil. Bu cür aksiyaların keçirilməsi üçün çox ciddi sosial sifariş olmalıdır", - Əliyev deyib.

Onun sözlərinə görə, ADP kütləvi aksiyalar üçün sosial sifarişin yetişməsinin tərəfdarıdır.

Əliyev Müsavat Partiyasının kütləvi aksiyalar keçirmək barədə qərarına da münasibət bildirib.

"Sərbəst toplaşmaq azadlığı hər bir şəxsin, o cümlədən siyasi təşkilatların, eləcə də Müsavat Partiyasının konstitusion hüququdur. Belə kütləvi aksiyaların keçirilməsində müəyyən məsələlər nəzərə alınmalıdır. Sosial sifariş olmadığına görə, hesab edirik ki, kütləvi aksiyaların keçirilməsi indiki dövrdə məqsədəuyğun deyil", - o, qeyd edib.

ADP funksioneri hesab edir ki, bu cür aksiyaların keçirilməsi heç bir ciddi dəyişikliyə səbəb olmayacaq.

"Çoxları bu cür aksiyaların guya, inqilabi dəyişikliklərə səbəb olacağını düşünür. Biz bu cür fikirləri düzgün hesab etmirik. İnqilab şüuraltı və təbii şəkildə baş verən prosesdir, ona görə də, inqilabı süni şəkildə yaratmaq mümkün deyil", - Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti