...

Tokioda müvəqqəti yaşayan Azərbaycan vətəndaşları zərər çəkməyiblər - səfir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Mart 2011 14:01 (UTC +04:00)
Azərbaycanın Yaponiyadakı səfirliyi zəlzələdən sonra Tokioda müvəqqəti yaşayan soydaşlarımızın hamısı ilə əlaqə saxlayıb və aydın olub ki, onlardan heç biri zərər çəkməyib. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseyn məlumat verib.
Tokioda müvəqqəti yaşayan Azərbaycan vətəndaşları zərər çəkməyiblər - səfir (ƏLAVƏ OLUNUB)

Yeni məlumat əlavə olunub və başlıq dəyişib (ilk xəbər saat 12.01-də yayılıb)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Yaponiyadakı səfirliyi zəlzələdən sonra Tokioda müvəqqəti yaşayan soydaşlarımızın hamısı ilə əlaqə saxlayıb və aydın olub ki, onlardan heç biri zərər çəkməyib. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseyn məlumat verib.

"Azərbaycan vətəndaşlarından heç birinin zərər çəkmədiyinə tam əmin ola bilmərik, lakin indiyədək əlaqə yarada bildiyimiz vətəndaşların hamısı təhlükəsiz şəraitdədir", - səfir deyib.

Onun sözlərinə görə, telefon və mobil rabitənin pis olması səbəbindən Yaponiyanın digər şəhərlərində yaşayan azərbaycanlılarla əlaqə saxlamaq mümkün olmayıb, lakin səfirliyin əməkdaşları onlarla əlaqə yaratmağa çalışırlar.

İndiyədək Azərbaycanın Yaponiyadakı səfirliyinə Azərbaycan vətəndaşlarının zəlzələdən zərər çəkməsi barədə məlumat daxil olmayıb. Bu barədə bir az əvvəl Trend-ə Azərbaycanın Yaponiyadakı səfiriAzər Hüseyn mə lumat verib.

Onun sözlərinə görə, yeraltı təkanlardan sonra Tokionun özündə telefon rabitəsində fasilələr yaranıb, şəhərdə internet və mobil rabitə kəsilib.

Səfir deyib ki, Azərbaycan səfirliyi hazırda gücləndirilmiş rejimdə işləyir və zərurət yaranarsa, söydaşlara istənilən köməyi göstərməyə hazırdır.

Səfirin sözlərinə görə, Yaponiyada 50-dən artıq Azərbaycan vətəndaşı müvəqqəti yaşayır, onlardan 30-a yaxını Tokioda, qalanları isə ölkənin başqa şəhərlərində məskunlaşıb.

Cümə günü Yaponiyada baş vermiş zəlzələnin maqnitudası 8,8 bal təşkil edib. Tokioda bir neçə güclü təkan hiss olunub. Zəlzələnin episentri Tokiodan 382 kilometr şimal-şərqdə yerləşir. Zəlzələ ocağı onlarla kilometr dərinlikdədir.

Tokioda güclü zəlzələnin başlanmasından xəbər verən həyəcan siqnalı çalınıb və qadın səsi sakitliyə, təkanların davam edəcəyi və güclənəcəyi halda adamları xüsusi məntəqələrə toplaşmağa çağırıb.

Zəlzələ güclü sunamiyə səbəb olub. Bəzi rayonlarda dalğaların hündürlüyü 10 metri ötüb. Bir neçə prefekturalarda sunami evləri dağıdıb və yollarda olan maşınları aparıb.Ölkə ərzisindəki yerüstü və hava nəqliyyatı əhəmiyyətli dərəcədə pozulub.

Yaponiya hakimiyyəti hələlik 23 nəfərin həlak olması barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti