...

İlham Əliyev Bakının Səbail rayonundakı 6 nömrəli məktəbin yeni binasında tikinti işləri ilə tanış olub (FOTO)

Siyasət Materials 11 Mart 2011 18:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü paytaxtın Səbail rayonundakı 6 nömrəli məktəbin yeni binasında tikinti işlərinin gedişi ilə tanış olub. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
İlham Əliyev Bakının Səbail rayonundakı 6 nömrəli məktəbin yeni binasında tikinti işləri ilə tanış olub (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü paytaxtın Səbail rayonundakı 6 nömrəli məktəbin yeni binasında tikinti işlərinin gedişi ilə tanış olub. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı 6 nömrəli məktəbin yeni binasının tikildiyi əraziyə gəldi, inşaat işlərinin gedişi ilə tanış oldu. Prezident İlham Əliyev məktəbin yeni binasının inşası ilə bağlı tapşırıqlar verdi.

Bildirildi ki, qısa vaxt ərzində binanın beş mərtəbəsi inşa edilmiş, idman zalı üçün nəzərdə tutulan korpusun tikintisi başa çatdırılmışdır. Hazırda binada tamamlama işləri aparılır. Burada şagirdlərin təhsil almaları üçün yüksək şərait yaradılacaqdır.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Foto - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti