...

ATƏT sədri Bakıda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidəki görüşünün yekunlarını müzakirə edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 Mart 2011 19:36 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri, Litva xarici işlər naziri Audronyus Ajubalis Bakıya səfəri çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidəki görüşünün yekunları ilə bağlı ölkə rəhbərliyinin fikirlərini və mövqeyini öyrənmək niyətindədir. Trend-in məlumatına görə bu barədə Ajubalis bazar günü Bakıya gəlişi zamanı
ATƏT sədri Bakıda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidəki görüşünün yekunlarını müzakirə edəcək (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 19:09 yayılıb)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir T.Hacıyev/

ATƏT-in fəaliyyətdə olan sədri, Litva xarici işlər naziri Audronyus Ajubalis Bakıya səfəri çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidəki görüşünün yekunları ilə bağlı ölkə rəhbərliyinin fikirlərini və mövqeyini öyrənmək niyyətindədir. Trend-in məlumatına görə bunu Ajubalis aeroportda jurnalistlərə bildirib.

"Bu mənim Azərbaycana dördüncü səfərimdir. Lakin ATƏT-in sədri olduğuma görə, bu səfər öncəkilərdən fərqlidir. Səfərin başlıca məqsədlərindən biri prezidentlərin Soçidəki son görüşü ilə bağlı Azərbaycan rəhbərliyinin fikirlərini və mövqeyini öyrənməkdir", Ajubalis deyib.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə martın 5-də üçtərəfli görüş keçirib. Danışıqların yekunları üzrə Dağlıq Qarabağ nizamlaması üzrə birgə bəyannamə qəbul edilib.

Sənəddə qeyd edildiyinə görə, liderlər 2010-cu il oktyabrın 27-də Həştərxanda qəbul etdikləri üçtərəfli bəyannamənin praktiki surətdə həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Xüsusilə prezidentlər qısa müddət ərzində hərbi əsirlərin mübadiləsini başa çatdırmaq barədə razılığa gəliblər. Bundan başqa, sənəddə "bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti yaxınlığında mümkün insidentlərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında tərəflərin iştirakı ilə araşdırılmasının aparılması" səyləri qeyd edilir.

Əlavə olaraq, Ajubalis qeyd edib ki, ATƏT-in gündəliyinə daxil olan təhlükəsizlik, stabillik və əməkdaşlığ məsələləri də müzakirə olunacaq.

ATƏT sədri, jurnalistlərin erməni snayperləri tərəfindən doqquz yaşlı oğlanın öldürməsi haqda sualını cavablandırarkən, bildirib ki, hər bir insan ölumünün faciə olduğunu deyib.

"Xüsusən, həmin insan uşaqdırsa, bu daha böyük faciədir. Bu hal bir daha cəbhə xəttindəki snayperlərin geri çəkilməsinin zəruriliyini göstərir", Ajubalis bildirib.

Ermənistan silahlı qüvvələrinin çərşənbə axşamı saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini, Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

Ajubalis səfər zamanı Azərbaycan prezidenti, ölkənin xarici işlər naziri, siyasi partiya, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək niyyətindədir.

Ajubalis martın 13-14-də Bakıda, 15-16-da Tbilisidə və 17-18-də Yerevanda olacaq. Trend-in məlumatına görə, bu barədə öncə yayılan ATƏT-in məlumatında deyilir. Regiona səfəri zamanıə ATƏT sədri həmçinin Ermənistan prezidenti və Gürcüstanın Baş naziri ilə görüş keçirəcək. Bu səfər Litva sədrliyinin regiona ilk səfərdir.

ATƏT məkanında yubanmış münaqişələrin həllində irəliləyiş Litva sədrliyinin prioritetidir. Müzakirə mövzusu Dağlıq Qarabağ nizamlaması, ATƏT-lə, xüsusilə Bakı və Yerevandakı nümayəndəliklərlə əməkdaşlıq, habelə Cenevrə müzakirələri çərçivəsində göstərilən səylər olacaq.

Ajubalis paytaxtların hər birində KİV nümayəndələri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti