...

Azərbaycan və İsveçrə ikitərəfli əlaqələrin bütün aspektlərini əhatə edə bildi - Prezident İlham Əliyev (FOTO)

Siyasət Materials 15 Mart 2011 10:07 (UTC +04:00)
Azərbaycan və İsveçrə ikitərəfli əlaqələrin bütün aspektlərini əhatə edə bildi - Prezident İlham Əliyev
Azərbaycan və İsveçrə ikitərəfli əlaqələrin bütün aspektlərini əhatə edə bildi - Prezident İlham Əliyev (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından martın 14-də ölkəmizdə rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Reyin şərəfinə rəsmi ziyafət təşkil edilib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev ziyafətdə çıxış edərək dedi:

"Xanım Prezident! Hörmətli qonaqlar və dostlar! Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Sizi görməyimə şadam. Bu gün səhər çox yaxşı danışıqlarımız oldu. Burada iştirak edən insanlar da bilirlər ki, xanım Prezidentlə bizim görüşlərimiz tez-tez baş tutur. Bu ilin əvvəlində biz Davosda görüşmüşdük, bu gün isə müzakirələrimizi davam etdiririk. Hesab edirəm ki, biz ikitərəfli əlaqələrimizin bütün aspektlərini əhatə edə bildik. Zənnimcə, bu səfər siyasi dialoqumuza güclü dəstək olacaq və həm bizim, həm də xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələr davam etdiriləcəkdir. Eyni zamanda, əminəm ki, səfəriniz iqtisadi əlaqələrimizin inkişafına da təkan verəcəkdir. Bu məsələləri biz geniş müzakirə etdik. Biz Azərbaycanda həm sərmayəçilər, həm podratçılar, həm də tərəfdaşlarımız kimi daha çox İsveçrə şirkətlərini görmək istəyirik. Təbii ki, regional problemlər danışıqlarımızın bir hissəsini təşkil etdi və görüşlərimizin ilk hissəsində biz əsasən diqqəti bu istiqamətə yönəltdik.
Prezident İlham Əliyev regionumuza yönələn səyləri üçün İsveçrə Prezidentinə minnətdarlıq edərək ümidvar olduğunu bildirdi ki, regiondakı problemlər tezliklə öz həllini tapacaqdır. Növbəti illərdə də səmərəli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı ölkələrimiz arasında gündəliyin çox geniş olduğunu, bu baxımdan da mütəmadi görüşlərin əhəmiyyətini vurğuladı".

Xəbər lenti

Xəbər lenti