...

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyə və Avstriyanın Azərbaycandakı səfirləri ilə görüşüb (FOTO)

Siyasət Materials 15 Mart 2011 20:49 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva çərşənbə axşamı Türkiyə və Avstriyanın Azərbaycandakı səfirləri Hulusi Kılıç və xanım Silvia Mayer-Kaybiç ilə görüşüb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyə və Avstriyanın Azərbaycandakı səfirləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 15 mart /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva çərşənbə axşamı Türkiyə və Avstriyanın Azərbaycandakı səfirləri Hulusi Kılıç və xanım Silvia Mayer-Kaybiç ilə görüşüb.

Hulusi Kılıçı Heydər Əliyev Fondunda salamlamaqdan məmnun olduğunu bildirən Mehriban xanım Əliyeva Azərbaycan ilə Türkiyənin dərin köklərə malik sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin xalqlarımızın və ölkələrimizin birgə maraqlarına xidmət etdiyini vurğulamışdır. Digər sahələrdə olduğu kimi, humanitar sahədə də əməkdaşlığın faydalı olacağından əminliyini bildirən Azərbaycanın birinci xanımı gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsi üçün Fondun açıq olduğunu diqqətə çatdırmışdır. Mehriban xanım Əliyeva bildirmişdir ki, Heydər Əliyev Fondu əməkdaşlığa hər zaman hazırdır.

Səfir Hulusi Kılıç xoş sözlərə görə Heydər Əliyev Fondunun prezidentinə təşəkkürünü bildirmiş, onu qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir. Türkiyəli diplomat Heydər Əliyev Fondunun həyata keçirdiyi möhtəşəm layihələrdən xəbərdar olduğunu, ölkəsində bu fəaliyyətin yüksək qiymətləndirildiyini və qürur hissi doğurduğunu vurğulamışdır. Əməkdaşlığın perspektivlərinə toxunan səfir, qarşılıqlı fəaliyyətin qardaş ölkələrimizin inkişafına sanballı töhfələr verəcəyinə ümidvar olduğunu diqqətə çatdırmışdır. Səfir ümummilli liderimiz Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamını xatırladaraq Fond ilə əməkdaşlığın xalqlarımızın münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini demişdir.

Heydər Əliyev Fondunun fəaliyyəti Avropada yüksək qiymətləndirilir və təqdir edilir.
Bu fikir Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın martın 15-də Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç ilə görüşündə səslənmişdir.

Görüşdə qonağa Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 7 ildir fəaliyyət göstərən Fond Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə genişmiqyaslı proqram və layihələr həyata keçirir. Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi ulu öndərin zəngin irsini öyrənmək və təbliğ etmək, görkəmli siyasət və dövlət xadiminin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdır. Bununla bərabər, Fond təhsil, səhiyyə, mədəniyyət, elm sahələri ilə bağlı genişmiqyaslı layihələr də həyata keçirir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihə və proqramları müstəqil Azərbaycanın sürətli inkişaf perspektivlərinə hesablanmışdır.

Fondun genişmiqyaslı beynəlxalq əlaqələrindən danışan Mehriban xanım Əliyeva YUNİSEF, YUNESKO, BMT-nin İnkişaf Proqramı kimi nüfuzlu qurumlarla uğurlu əməkdaşlığın qurulduğunu diqqətə çatdırmışdır.

Səfir xanım Silvia Mayer-Kaybiç Heydər Əliyev Fondunun həm ölkə daxilində həm də onun hüdudlarından kənarda gördüyü nəcib işlərin Avropada da yüksək qiymətləndirildiyini bildirmiş, bu fəaliyyətin humanitar əhəmiyyətini və örnək olduğunu xüsusi qeyd etmişdir.

Görüşdə təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Xəbər lenti

Xəbər lenti