...

RF və Türkiyə vizasız rejim haqqında sazişin qüvvəyə minməsi ilə bağlı nota mübadiləsi ediblər

Siyasət Materials 16 Mart 2011 17:54 (UTC +04:00)
Rusiya və Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının yekunları üzrə iki ölkənin hökumətləri arasında RF və Türkiyə vətəndaşlarının qarşılıqlı səfərlərinin şərtləri haqqında sazişin qüvvəyə minməsi ilə bağlı nota mübadiləsi ediblər. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
RF və Türkiyə vizasız rejim haqqında sazişin qüvvəyə minməsi ilə bağlı nota mübadiləsi ediblər

Rusiya və Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının yekunları üzrə iki ölkənin hökumətləri arasında RF və Türkiyə vətəndaşlarının qarşılıqlı səfərlərinin şərtləri haqqında sazişin qüvvəyə minməsi ilə bağlı nota mübadiləsi ediblər. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Bundan əlavə, readmissiyalar haqqında sazişin qüvvəyə minməsi ilə bağlı nota mübadiləsi də edilib.

Ötən il Türkiyəyə 3,1 milyondan artıq rusiyalı turist səfər edib. Türkiyə hökuməti bu il RF-dən turist axınının 30 faizlik artımını gözləyir. Bu barədə bir az əvvəl Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Cumhur Güvən Taşbaşı bildirib.

Yaxın gələcəkdə ölkələr vizasız rejimə keçməlidirlər. Müvafiq saziş 2010-cu il mayın 12-də RF Prezidentinin Ankaraya rəsmi səfəri zamanı imzalanıb. Sənəd hər iki ölkə parlamentində ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək. Saziş Türkiyəyə 30 gün müddətinə istirahətə gələn bütün rusiyalı turistlərə şamil ediləcək.

Hazırda RF ilə Türkiyə arasında sadələşdirilmiş viza rejimi fəaliyyət göstərir. Rusiya vətəndaşı Türkiyə sərhədinin istənilən nöqtəsində 60 gün müddətinə viza ala bilər.

Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci iclasında Rusiya-Türkiyə İctimai Forumunun fəaliyyəti haqqında protokol, eləcə də Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkəti ilə "Türkiyə Radio və Televiziya" korporasiyası arasında saziş də imzalanıb.

Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasındakı RF tərəfdən danışıqlarda xarici işlər naziri Sergey Lavrov, Baş nazirin müavini İqor Seçin, prezidentin köməkçisi Sergey Prixodko, iqtisadi inkişaf naziri Elvira Nabiullina, sənaye və ticarət naziri Viktor Xristenko, energetika naziri Sergey Şmatko, "Rosatom"un baş direktoru Sergey Kiriyenko və başqaları iştirak ediblər.

2010-cu ilin yekunları üzrə Rusiya Türkiyənin ikinci mühüm ticarət tərəfdaşı olub, Türkiyə isə öz növbəsində Rusiya ilə ticarətdə yeddinci yeri tutur.

Ötən ilin yekunları üzrə iki ölkə arasında mal dövriyyəsi 25 milyard dollardan artıq təşkil edib ki, bu da 2009-cu ildə olduğundan 29% çoxdur. Rusiyada Türkiyə investisiyalarının ümumi həcmi 6 milyard dollara çatır (2008-ci ildə isə 680 milyon dollar təşkil edib). Türkiyədəki Rusiya investisiyalarının ümumi həcmi isə 4 milyard dollara yaxındır.

İki ölkənin ticari-iqtisadi əlaqələrində əsas yeri energetika sahəsi tutur: bu ölkəyə Rusiyanın ixracında enerjidaşıyıcıların payı təxminən 70% təşkil edir.

Hazırda Rusiyada 150 türk inşaat şirkəti çalışır. 1980-ci illərin sonlarından indiyədək ölkə ərazisində həmin şirkətlər tərəfindən 800-dən artıq obyekt tikilib, 20 milyard dollardan artıq məbləğdə müqavilələr imzalanıb.

Xəbər lenti

Xəbər lenti